AZ

"Atletiko"nun futbolçusu İspaniyanın başqa klubuna keçib

İspaniyanın "Betis" klubu "Atletiko"nun futbolçusu Rodriqo Rikelmeni transfer edib.

"Report" xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi ilə 5 mövsümlük müqavilə imzalanıb.

Qeyd edək ki, "Atletiko"nun yetirməsi əsas komandada 75 oyun keçirib, 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
6
16
report.az

10Mənbələr