"Rusiya prezidenti Vladimir Putin bir gün əvvəl Amerika lideri Donald Trampla telefon danışığında bildirib ki, Rusiya Kiyev rejimi ilə danışıqların yeni mərhələsinin vaxtını gözləməkdə davam edir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Prezident amerikalı həmkarına məlumat verdi ki, biz indi razılaşdırılacaq birbaşa danışıqların üçüncü raundunun tarixlərini gözləyirik", - o bildirib.