AZ

İƏT-in Xankəndi Zirvə görüşündə Əfqanıstanın əsas prioritetləri elan olunub

Tədbirin təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirik.

APA-nın Xankəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Əfqanıstan Baş nazirinin müavini Əbdül Qəni Baradar İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib.

Əbdül Qəni Baradar deyib ki, Əfqanıstan İslam Əmirliyi artıq Rusiya tərəfindən tanınıb: “Əfqanıstan görünməmiş ümummilli birlik əldə edib. Bu, bizə İƏT üzvləri ilə strateji əlaqələri həyata keçirməyə imkan verəcək. Biz narkotik maddələrin dövriyyəsi ilə bağlı qətiyyətli tədbirlər görürük”.

Əfqanıstan Baş nazirinin müavini qeyd edib ki, Kabilin xarici siyasəti qarışlıqlı hörmətə, faydalı əməkdaşlığa əsaslanır: “Biz əməkdaşlığın şaxələndirilməsinin tərəfdarıyıq. Xarici siyasətimizin hədəfi iqtisadiyyatımızın dirçəldilməsidir. Biz nəqliyyat dəhlizlərini dəstəkləyirik, ölkəmizdən keçəcək mühüm nəqliyyat dəhlizi də bura daxildir”.

Əbdül Qəni Baradar vurğulayıb ki, İƏT üzvlərinin Əfqanıstana qarşılıqlı dəstəyi mühüm əhəmiyyət kəsb edir: “Əfqanıstan sərmayəçilər üçün əlverişli investisiya məkanına çevrilib, xarici investorlar bir çox sahələrə investisiya yatırmaqdadır. İƏT üzvlərini də Əfqanıstana sərmayə qoymağa çağırıram”.

Seçilən
6
50
apa.az

10Mənbələr