ain.az bildirir, News24 portalına istinadən.
Gündəlik su qəbulu normadan az olduqda orqanizmdə ciddi pozuntular baş verir. İnsanın bədəninin təxminən 60%-i sudan ibarətdir və bu maye orqanizmdə bir çox həyati funksiyanın düzgün yerinə yetirilməsi üçün vacibdir.
News24.az Ölkə.az-a istinadən xəbər verir ki, su çatışmazlığı ilk olaraq bəzi əlamətlərlə özünü göstərir:
Davamlı baş ağrısı və halsızlıq, dəri quruluğu və səpkilər, sidiyin tünd rəngdə olması, qəbizlik və həzm problemləri, ağız quruluğu və pis nəfəs qoxusu, konsentrasiya pozuntusu və əhvalın düşməsi.
Həkimlər bildirirlər ki, su az içildikdə qan dövranı zəifləyir, hüceyrələr kifayət qədər oksigen və qida maddəsi ala bilmir. Bu isə həm fiziki, həm də zehni fəaliyyətə mənfi təsir göstərir. Eyni zamanda böyrəklərin normal işləməsi üçün kifayət qədər su vacibdir, əks halda daş əmələ gəlməsi riski artır.
Orta hesabla bir insanın gündə 1,5–2,5 litr su içməsi tövsiyə olunur. Bu miqdar yaşa, çəki, havanın temperaturuna və fiziki aktivliyə görə dəyişə bilər. Ən yaxşısı isə təmiz, otaq temperaturunda su içməkdir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.