Pakistanın Karaçi şəhərində binanın çökməsi nəticəsində 5 nəfər həyatını itirib.
Pakistanın liman şəhəri Karaçidə 5 mərtəbəli bir binanın çökməsi nəticəsində 5 nəfərin həlak olduğu, 6 nəfərin isə yaralandığı bildirilib.
Rəsmi şəxslər qeyd ediblər ki, axtarış-xilasetmə qrupları dağıntılar altında qalanları xilas etmək üçün əməliyyatlara başlayıb.