Rusiya tərəfi Amerika prezidenti Donald Trampın bütün bəyanatlarına diqqətlə yanaşır.
Herbiand.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə aparılan söhbətdən narazı qaldığını deyən Trampın sözlərinə belə münasibət bildirib.
Amerika liderinin sözlərinə görə, o, Ukrayna ilə bağlı “heç bir irəliləyiş” əldə edə bilməyib.
“Əlbəttə, biz prezident Trampın bütün bəyanatlarını diqqətlə izləyirik. Söhbət zamanı prezident Putin təkrarladı ki, biz məqsədlərimizə çatmaqda maraqlıyıq və bunu daha məqsədəuyğun olaraq siyasi və diplomatik yollarla həyata keçirək. Lakin bu, mümkün olmasa da, biz xüsusi əməliyyatımızı davam etdiririk. Prezident həmçinin həmkarına bildirib ki, biz birbaşa danışıqların üçüncü raundunun razılaşdırılacağı tarixləri gözləyirik”, - Pekov deyib.
Qeyd edək ki, Rusiya və Amerika prezidentləri arasında iyulun 3-də telefon danışığı baş tutub. Bu, Trampın Ağ Evə qayıtmasından sonra altıncı söhbət olub və bir saata yaxın davam edib.
Bəxtiyar CƏFƏRLİ