AZ

"...şəhid anaları bizim üçün təkcə ağsaçlı qadınlar deyil, həm də Vətən üçün müqəddəs dəyər daşıyan zirvələrdir" - Ceyhun Məmmədov


Millət vəkili Ceyhun Məmmədov Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Kəlağayı”(Qara Kəlağayını onlara hədiyyə edəcəyimiz Qızılı Kəlağayı ilə əvəz edək!) adlı tədbirdə iştirak edib.

Facebook social şəbəkəsində tədbirlə bağlı paylaşımında C.Məmmədov yazır:

- Kəlağayı sadəcə bir parçadan ibarət deyil – bu, xalqımızın mədəni kimliyinin, əxlaq və mənəviyyat düşüncəsinin, zərafət və ləyaqət anlayışının simvoludur. Əsrlər boyu analarımız, nənələrimiz bu milli dəyəri baş tacı edərək öz kimliklərini yaşatmış, onu həm məişətə, həm də ruhlarına köçürmüşlər.

Çıxışımda, kəlağayının milli-mənəvi dəyərlərimiz içindəki mövqeyini, Azərbaycan qadınının mədəniyyətə və tarixə verdiyi töhfəni, şəhid analarına olan borcumuzu və ehtiramımızı xüsusilə vurğuladım.

Tədbirin ən duyğusal anlarından biri də, qara kəlağayının yerinə qızıl kəlağayı ilə əvəz olunması idi. Bu, təkcə rəmzi bir dəyişiklik deyildi – bu jest şəhid analarının hüzn içindəki ucalığını, qürurla daşıdıqları ağrını və onların cəmiyyətimizdəki əvəzolunmaz yerini simvolizə edirdi. Qızıl kəlağayı ilə biz bir daha bəyan etdik ki, şəhid anaları bizim üçün təkcə ağsaçlı qadınlar deyil, həm də Vətən üçün müqəddəs dəyər daşıyan zirvələrdir.

Belə tədbirlərin keçirilməsi, milli kimliyimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından son dərəcə önəmlidir.

Təşkilatçılara təşəkkür edir, bu kimi təşəbbüslərin davamlı olmasını arzulayıram.

Возможно,

Возможно,SAMİRƏ

Seçilən
18
50
baki-xeber.com

10Mənbələr