Yasamal rayonu, Tbilisi prospektinin Şəfayət Mehdiyev küçəsi ilə kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən metronun "20 Yanvar" stansiyası ilə yanaşı, mərkəz istiqamətində də nəqliyyat sıxlığı yaranıb.
Sıxlığın aradan qaldırılması üçün həm yol polisi əməkdaşları tərəfindən tədbirlər görülür, həm də NİİM tərəfindən intensivliyi artırmaq üçün işıqforlara "yaşıl dalğa" əmri verilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta