AZ

“Sıfır Tullantı” layihəsi gücümüzə güc qatır

Missiya.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Qlobal səviyyəyə qaldırılan "Sıfır Tullantı" layihəsi iqlim dəyişikliyi ilə mübarizəmizə əlavə güc qatır. Layihənin başlanğıcından bu yana təxminən 6 milyon ton istixana qazı emissiyasının qarşısını aldıq". Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısında çıxışında deyib.

Sammitin əsas mövzusunu son dərəcə uyğun hesab etdiyini deyən Ərdoğan, iqlim böhranının mənfi təsirlərinin ən çox hiss olunduğu bölgələr arasında olduqlarını vurğulayıb.

"Həyat yoldaşım Əminə Ərdoğanın himayəsi ilə qlobal səviyyəyə qaldırılan “Sıfır Tullantı” layihəsi iqlim dəyişikliyi ilə mübarizəmizə əlavə güc qatır", - Türkiyə lideri bildirib.

Zərintac MayisqızıMissiya.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
20
missiya.az

10Mənbələr