AZ

Bakı və Sumqayıt şəhərlərində 359tam təmirli mənzil vətəndaşlara təqdim edilir

Bakı.Trend:

Bakı və Sumqayıt şəhərlərində 359 tam təmirli mənzil satmaqöhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdimedilir

Trend xəbərverir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumatyayıb.

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi iləkirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu,Biləcəri qəsəbəsi, Həmdəm Ağayev və Zəfər küçələrində yerləşənyaşayış kompleksində 79, Sumqayıt şəhəri, Sülh prospekti, Üsttrikotaj fabrikinin cənubu, 3-cü məhəllədə yerləşən yaşayışkompleksində 280 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdimedir.
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Həmdəm Ağayev vəZəfər küçələrində inşa olunan yaşayış kompleksində yerləşənmənzillər 3 və 4 otaqlı, Sumqayıt şəhəri, Sülh prospekti, Üsttrikotaj fabrikinin cənubu, 3-cü məhəllədə inşa olunan yaşayışkompleksində yerləşən mənzillər isə 1, 2 və 3 otaqlıdır.

Yeni mənzillər seçim üçün 14.07.2025-ci il tarixində saat15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayışsahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış olabilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət Portalına(e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanətsistemi üzərindən həyata keçirilir.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsiqaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi vərəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi(www.mcgf.gov.az) və rəsmi Youtube kanalından(https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin“1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.

Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmiçərçivəsində 7280 kirayə müqaviləsi bağlanılıb.

Seçilən
0
23
az.trend.az

10Mənbələr