AZ

Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi dəfn edilib - Yenilənib

Qalqları Kəlbəcər rayonunda tapılan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Yusif İsmayıl oğlu Əzizov, Mehman Camal oğlu Musayev və Qafar Qəmbər oğlu Qarayevlə Kəlbəcərdə keçirilən vida mərasimi başa çatıb...

"Report"un Qarabağ bürosunun məlumatına görə, Y.Əzizov, M.Musayev və Q.Qarayev Kəlbəcər şəhər qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Yusif İsmayıl oğlu Əzizov, Mehman Camal oğlu Musayev və Qafar Qəmbər oğlu Qarayevin meyitlərinin qalıqları Kəlbəcər rayonuna gətirilib.

“Report”un Qarabağ bürosunun məlumatına görə, Kəlbəcər şəhərində şəhidlərlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Yusif İsmayıl oğlu Əzizov 1948-ci ildə, Mehman Camal oğlu Musayev 1964-cü ildə, Qafar Qəmbər oğlu Qarayev isə 1939-cu ildə Kəlbəcər rayonunun Taxtabaşı kəndində anadan olublar.

Onlar 1993-cü il martın 27-də rayonun Çıraqlı kəndi istiqamətində itkin düşüblər.

Şəhidlər Kəlbəcər şəhər qəbiristanlığında dəfn ediləcəklər.

Poliqon.info

Seçilən
0
34
poliqon.info

10Mənbələr