AZ

Kəlbəcərdə şəhidlərlə vida mərasimi keçirilir - Foto

Birinci Qarabağ müharibəsində itkin düşən üç Kəlbəcər sakininin qalıqları ailələrinə təhvil verilib.

Axar.az APA-ya istinadən xəbər verir ki, Kəlbəcər rayonunun Taxtabaşı kənd sakinləri olan hərbçilər Yusif İsmayıl oğlu Əzizov, Mehman Camal oğlu Musayev və Qafar Qəmbər oğlu Qarayevin qalıqları Kəlbəcər şəhərinə gətirilib.

Hazırda şəhidlərlə vida mərasimi keçirilir. Qalıqlar bu gün Kəlbəcər şəhər qəbiristanlığında dəfn ediləcək.

Bu, işğaldan azad ediləndən sonra Kəlbəcərdə ilk dəfn mərasimidir.

Qeyd edək ki, hər üç şəxs 1993-cü il martın 27-də Kəlbəcərin Çıraqlı kəndi istiqamətinfə itkin düşüblər.

Seçilən
0
22
axar.az

10Mənbələr