AZ

İtkin düşən üç hərbçimiz Kəlbəcərdə dəfn edildi FOTOLENT

ain.az bildirir, Lent az portalına istinadən.

Birinci Qarabağ müharibəsində itkin düşən üç hərbçinin qalıqları Kəlbəcərdə dəfn edilib.

Kəlbəcər rayon sakinləri olan hərbçilər Əzizov Yusif İsmayıl oğlu, Musayev Mehman Camal oğlu və Qarayev Qafar Qəmbər oğlunun qalıqları Kəlbəcər şəhərinə gətirilib. Burada şəhidlərlə vida mərasimi keçirilir.

Daha sonra qalıqlar Kəlbəcər şəhər qəbiristanlığında dəfn olunub.

Bu, işğaldan azd ediləndən sonra Kəlbəcərdə ilk dəfn mərasimidir.

Qeyd edək ki, hər üç şəxs 1993-cü il martın 27-də Kəlbəcərin Çıraqlı kəndi istiqamətinfə itkin düşüblər./APA

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
32
lent.az

10Mənbələr