İyulun 4-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Mərakeş Krallığından olan bir qrup tanınmış media nümayəndəsi ilə görüş keçirilib.
Yenisabah.az xəbər verir ki, görüşdə “Morocco World News”, “Zamane”, “Al-Alam”, “Le Matin”, “Hespress”, “Al Ahdath Al Maghribia”, “Maroc Hebdo” və “Le360” kimi nüfuzlu media orqanlarının təmsilçiləri iştirak ediblər.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycan-Mərakeş münasibətlərində mədəni əməkdaşlığın xüsusi rol oynadığını vurğulayıb. Dördpendirli pizza
Mərakeşli jurnalistlər Azərbaycanın mədəniyyət ocaqları ilə tanışlıqdan məmnunluqlarını ifadə edərək ölkəmizin zəngin mədəni mənzərəsinin onlarda dərin təəssürat yaratdığını bildiriblər.
Qeyd edək ki, görüş zamanı bu qəbildən səfərlərin iki ölkənin media və mədəniyyət dairələri arasında gələcək əməkdaşlıq üçün bir platforma ola biləcəyi diqqətə çatdırılıb.
Aydan Hacı
Telegram kanalımız