Dünyanın ən hündür iki dağını fəth edən ilk çexiyalı alpinist, 46 yaşlı Klara Koluçova Pakistanda “Qatil dağ” kimi tanınan dağdan yıxılaraq ölüb. Alpinistin qalxdığı Nanqa Parbat dünyanın doqquzuncu ən yüksək zirvəsi kimi tanınır. Koluçovanın ölümü həm də yay dırmanma mövsümündə ölkədə qeydə alınan ilk faciədir.
8125 metrlik Nanqa Parbat dünyanın dırmaşması ən çətin dağlarından biri hesab olunur. Dırmaşma zamanı ölüm nisbətinin beşdə bir olduğu deyilir. Yüksək rütbəli yerli məmur Nizam-ud-Din AFP xəbər agentliyinə deyib: “Çex alpinistinin ayağı yamacdan sürüşüb və dərəyə düşüb. Rəsmi bildirib ki, alpinistin ölüm xəbərini komanda yoldaşlarından biri verib.
Pakistan rəsmisi ölən alpinistlə bağlı açıqlamasında bildirib ki, qadının cəsədi ilk olaraq tapılacaq və cəsədin yeri müəyyən edildikdən sonra onun helikopterlə çıxarılması üçün müvafiq xilasetmə əməliyyatına başlanılacaq.
Dünyada hündürlüyü 8000 metrdən çox olan 14 dağdan beşi Pakistandadır. Bu dağlardan K2 həm də dünyanın ikinci ən yüksək dağıdır.
Himalaydakı Nanqa Parbat zirvəsi həm də “Qatil dağ” adlanır, çünki bir nəfər 1953-cü ildə ilk dəfə zirvəyə qalxandan bəri 30-dan çox insan həyatını itirib.
Pakistan Alp Klubunun vitse-prezidenti Karrar Haidri də Koluçovanın ölümünü təsdiqləyərək, “O, ruhlandırıcı alpinist idi və qadın alpinistlər üçün motivasiya mənbəyi idi. Onun ölümü alpinizm dairələrində boşluq buraxacaq”, – deyib.
Mərhum alpinist “Instagram”da sonuncu paylaşımını iyunun 14-də İslamabaddan paylaşıb. Yazıda onun 2024-cü ildə həyatını itirəcəyi dağa dırmaşmaq cəhdinin foto və videosu yer alıb.
“Keçən il Çılpaq Dağ məni ifşa etdi. Məni sükuta, səssizliyə və ruh halıma buraxdı. Bu dəfə daha yüksəkləri hədəfləyirik. Bu dəfə zirvəyə çatırıq”, – yazıbmış.
Alp Klubunun verdiyi məlumata görə, son hadisə iyunun əvvəlindən avqustun sonuna qədər davam edən dırmanma mövsümündə Pakistanda dağda ilk ölüm hadisəsidir.