AZ

Məşhur çay markasında sağlamlığa zərərli boya aşkarlandı

Türkiyə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi yerli çay brendini imitasiya və saxtakarlığa görə ifşa edib. Qara çayda qida boyası aşkar edilib.

Tribunainfo.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, İstanbul Küçükçekmecedə fəaliyyət göstərən KALE İstehlak Malları və Qida Sənayesi Ticarət Limited Şirkəti tərəfindən bazara çıxarılan “Filiz Qara Çay” məhsulunun laboratoriya analizində qida boyası aşkar edilib.

Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin 1 iyul 2025-ci il tarixli yoxlama nəticələrinə əsasən, bu qara çay məhsulunda aşkar edilən boyaq maddəsi çayda olmamalı zərərli əlavələr sırasındadır.

Qida təhlükəsizliyi mütəxəssisləri xəbərdarlıq edir ki, çayda bu cür əlavələrdən istifadə istehlakçılar üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Dəniz Pənahova

Seçilən
3
22
tribunainfo.az

10Mənbələr