AZ

İran hava məkanını açdı və aeroportların işini bərpa etdi

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran hakimiyyəti əksər hava limanlarının fəaliyyətini bərpa edib və ölkə üzərində hava məkanını açıb.

Avtosfer.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının bəyanatında deyilir.

Bildirilir ki, Mehrabad və İmam Xomeyni hava limanları, eləcə də ölkənin şimal, şərq, qərb və cənubundakı hava limanları fəaliyyətlərini bərpa edib və bütün xidmətlər spektrini təqdim etməyə hazırdır.

Qeyd olunur ki, İsfahan və Təbriz hava limanları istisna olmaqla, ölkənin bütün hava limanlarında daxili və beynəlxalq reyslər saat 05:00-dan (Bakı vaxtı ilə 05:30 - red.) 18:00-dan (Bakı vaxtı ilə 18:30 - red.) həyata keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
24
avtosfer.az

10Mənbələr