AZ

FAO: 15–24 yaşlı gəncin 85 faizi aşağı və orta gəlirli ölkələrdə yaşayır

BAKI, 4 iyul. TELEQRAF

Dünya üzrə 1,3 milyard 15–24 yaşlı gəncin 85 faizi aşağı və orta gəlirli ölkələrdə yaşayır və onların 44 faizi aqro-ərzaq sektorunda çalışır.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) “Aqro-ərzaq sistemlərində gənclərin vəziyyəti” adlı yeni hesabatında məlumat verilib.

Hesabatda bildirilib ki, qlobal miqyasda gənclərin 44 faizi aqro-ərzaq sistemlərində çalışır – bu, böyüklərlə müqayisədə (38 faiz) daha yüksək göstəricidir. Lakin bölgələr üzrə fərqlər nəzərəçarpacaqdır: uzunmüddətli böhran yaşayan regionlarda bu göstərici 82 %, sənayeləşmiş sistemlərdə isə cəmi 23%-dir.

20–24 yaşlı gənclərin 20 faizdən çoxu nə işləyir, nə təhsil alır, nə də peşə öyrənir. Qadınlar arasında bu göstərici iki dəfə yüksəkdir. Bu qrup üçün iş imkanlarının yaradılması qlobal ÜDM-i 1,4 faiz artıraraq, 1,5 trilyon dollar əlavə dəyər yarada bilər. Bu artımın 45 faizi aqro-ərzaq sektoru hesabına mümkün olacaq.

Gənclərin 54 faizi şəhərlərdə yaşayır və ən sıx məskunlaşma Şərqi Asiyada müşahidə olunur. Sənayeləşmiş aqro-ərzaq sistemlərində kənd gəncləri işçi qüvvəsinin cəmi 5 faizini təşkil edir ki, bu da gələcəkdə ciddi işçi çatışmazlığı riski yaradır.

Eyni zamanda, 15–24 yaş arası gənclər beynəlxalq miqrantların 16,2 faizini (Saharaaltı Afrika) və 15,2 faizini (Latın Amerikası və Karib hövzəsi) təşkil edir.

Seçilən
5
14
teleqraf.com

10Mənbələr