AZ

ECO baş katibi İsrailin İrana hücumlarını pislədi

XANKƏNDİ, 4 iyul. TELEQRAF

"Azərbaycan ECO sammiti üçün yeni mayarları müəyyən etdi. Ümid edirəm ki, gələcək tədbirlər də bunun kimi davam edəcək".

Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) baş katibi Əhməd Məcid Xan təşkilatın 17-ci Zirvə görüşündəki çıxışında deyib.

O, həmçinin İranla həmrəylik ifadə edib:

"İsrailin İrana hücümu BMT-nin Nizamnaməsinə ziddir. Biz İranla həmrəyik. İsrailin təcavüzünü pisləyirik".

Əhməd Məcid Xan vurğulayıb ki, dünyada maliyyə silah kimi istifadə olunur:

"Zirvə görüşü dünya iqtisadiyyatında dəyişiklik dövründə keçirilir. Maliyyədən silah kimi istifadə olunur. Biz birgə olmalıyıq. İqtisadi inteqrasiya məsələlərinə doğru getməliyik. Dünyada ən uzun tarixi olan qurumlardan biri kimi, Mərkəzi Asiyada əməkdaşlığı irəli aparan təşkilatlardan biriyik. Bizim iqtisadi, mədəni əlaqələrimizə baxmayaraq vahid inteqrasiya olnummuş regiondan uzağıq. Biz regionda yeni səviyyəyə matmaq üçüb ECO potensialından istifadə etməlidir. Bizim iş birliyimiz vacibdir. Bütün təşəbbüsləri həyata keçirmək istəyirik. Siyasətimizin həyata keçirilməsi üçün siyasi təkan lazımdır. Maliyyə təsisatları ilə iş birliyimiz vacibdir. Üzv ölkələrə çağırış edirəm ki, inkişaf bankları ilə işləsinlər. İqlim dəyişiklikıəri və ekoloji çətinliklərdən hər kəs xəbərdardır. Vaxt çatıb ki, biz birlikdə işləməliyik. Əfqanıstanın davamlı imkişafı təşkilat üçün önəmlidir".

Seçilən
3
42
teleqraf.com

10Mənbələr