Bakı, 4 İyul, AZƏRTAC
Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir.
Görüşdə vurğulanıb ki, iki dost ölkə arasında əlaqələr qarşılıqlı etimad şəraitində möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Azərbaycan-Pakistan tərəfdaşlığının iqtisadi əlaqələrimizin şaxələndirilməsi üçün yaratdığı imkanlar, birgə layihələrin reallaşdırılması perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Tərəflər ikitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, qarşılıqlı sərmayələrin fəal təşviqi və ölkələrimizin biznes subyektləri arasında işbirliyinin perspektivlərini müzakirə ediblər.