AZ

“Neftçi” bu 3 transferi bitirmək istəyir – Biri dəqiq, ikisi sual altında

“Neftçi” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. Paytaxt təmsilçisi hazırda 3 futbolçunun keçidi üçün çalışır.

Bunlar yarımmüdafiəçi Xuan Salasar, vinger İmad Farac və qapıçı Kenan Priçdir. Rəhbərlik adıçəkilən futbolçuların komandaya transferi üçün ciddi səy göstərir.

Larnaka AEK-ində çıxış edən Faracın “ağ-qaralar”a keçidi an məsələsidir. Rəhbərlik oyunçu ilə danışıqları davam etdirir. Transferin yaxın günlərdə sonlanması gözlənilir. 

O, Fransanın “Lill” klubunun yetirməsidir. 26 yaşlı vinger karyerası ərzində Portuqaliyanın “Belenenseş” və Belçikanın “Muskron” klublarında çıxış edib.

Xuan Salasarla qolkiper Kenan Priçin transferləri gündəmdə olsa da, bu oyunçularla bağlı konkret nəticə yoxdur. Ancaq rəhbərlik hər iki oyunçu ilə də maraqlanır.

Futbolçuların “flaqman”a keçidinin alınıb-alınmayacağı yaxın zamanda bəlli olacaq. 

İdmanxeber.az

 

Seçilən
12
28
idmanxeber.az

10Mənbələr