
Livanın “Hizbullah” hərəkatı silahlarını, o cümlədən ağır silahlarını ölkə ordusuna təhvil verməyə hazırdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, bunun baş verməsi üçün İsrail Livanı tərk etməlidir.
Məlumata görə, hərəkat Livan prezidenti Cozef Aunun İsrail qoşunlarının ölkələr arasında beynəlxalq səviyyədə tanınmış sərhədlərə qaytarılması müqabilində tərəfdarlarının tədricən tərksilah edilməsi və Litani çayının şimalından çıxarılması təklifi ilə razılaşıb.