AZ

Çexiyanın bir sıra şəhərlərində elektrik enerjisi kəsilib

Bu gün Praqa da daxil olmaqla Çexiyanın bir sıra şəhərlərində elektrik enerjisi kəsilib.

Operativ Media xəbər verir ki, bu barədə İnterfaks məlumat yayıb.

Paytaxtın mərkəzində mağazalar bağlanıb, metro və şəhərətrafı qatarların hərəkəti dayandırılıb. 

“Prague Energy” şirkətinin məlumatına görə, nasazlıq Almaniya ilə sərhəddə yerləşən Çodov qəsəbəsindəki yarımstansiyada baş verib. Hadisə nəticəsində təcili yardım xidmətlərinə tüstülənmə və liftlərdə qalan şəxslərlə bağlı çoxsaylı zənglər daxil edilib.

Seçilən
1
50
operativmedia.az

10Mənbələr