AZ

Anar Əliyev: Son sosial islahat paketi 3 milyon vətəndaşı əhatə edir

BAKI, 4 iyul. TELEQRAF

Müasir dövrdə ekoloji texnologiyaların bacarıqlarının artırılması və sosial dəstək proqramlarının genişləndirilməsi əsas prioritetlərdən biridir.

Teleqraf xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin tədbirində deyib.

O bildirib ki, əhalinin sosial rifahını yüksəltmək üçün yeni addımlar atılır və yeni proqramlar həyata keçirilir.

"Son illər ərzində 5 böyük islahat paketi reallaşdırılıb. Bu da 4 milyon insanı əhatə edib.Ümumilikdə, bu ilin əvvəlindən icrasına başlanılan sosial islahat paketi 3 milyon insanı əhatə edir və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.Prezidentin müvafiq Sərəncamı əsasında hazırlanacaq yeni 2027-2030-cu illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası da ölkədə yeni iqtisadi şəraitə uyğun islahatların hədəflərini, o cümlədən əhalinin sosial rifahının yüksəldilməsi üçün yeni prioritetləri müəyyən edəcək", - o əlavə edib.

Seçilən
157
25
teleqraf.com

10Mənbələr