Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
NASA alimləri Günəş sistemində ulduzlararası məkandan gəlmiş sirli kometanı aşkar ediblər.
Qaynarinfo xəbər verir ki, "Interesting Engineering" saytının məlumatına görə, bu obyekt 1 iyul tarixində Çilidə yerləşən ATLAS (Asteroid Terrestrial-impact Last Alert System) teleskopu vasitəsilə müəyyən olunub.
Yeni aşkarlanmış bu obyekt "3I/ATLAS" adlandırılıb və alimlər onun üçüncü təsdiqlənmiş ulduzlararası obyekt olduğunu bildirirlər. Kometa kəşf edilən zaman Yer kürəsindən təxminən 670 milyon kilometr məsafədə olub.
NASA-nın verdiyi açıqlamaya əsasən, bu ulduzlararası obyekt Yer üçün heç bir təhlükə yaratmır. Məlumatda qeyd olunur ki, "3I/ATLAS" kometası planetimizdən minimum 1,6 astronomik vahid (təxminən 240 milyon kilometr) uzaqlıqda qalacaq. Alimlər kometanın Marsın orbitinə daxil ola biləcəyini də ehtimal edirlər.
Elmi proqnozlara görə, "3I/ATLAS" kometası Günəşə ən yaxın mövqeyinə təqribən 30 oktyabr tarixində çatacaq. Bu zaman onun Günəşdən olan məsafəsi 1,4 astronomik vahid (təxminən 210 milyon kilometr) olacaq.
Qeyd edək ki, ulduzlararası məkan mənşəli ilk obyekt 2017-ci ildə aşkar edilmiş "1I/Oumuamua" asteroididir. İkinci belə obyekt isə 2019-cu ildə tapılan "2I/Borisov" kometası olmuşdu.
Aydın
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.