AZ

İlham Əliyev dedi və etdi! – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilir.

 

Sfera.az xəbər verir ki, tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir.


Xatırladaq ki, 2021-ci ilin iyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər etmişdi. Səfər zamanı Türkiyə lideri İlham Əliyevlə birgə Şuşanın ətraf ərazilərini seyr ediblər.

 

Həmin an liderlər arasında maraqlı dialoq yaşanıb:

 

İlham Əliyev: O yer ki var, bax o iki dağın arası... Ora da Xankəndi şəhəridir.

 

Rəcəb Tayyib Ərdoğan: Hotel oradadır?

 

İlham Əliyev: (Gülərək) Orada da olacaq!

 

Sözügedən dialoqdan dörd il sonra, bu gün Ərdoğan Xankəndinə səfər edib. Və bu gün azad Xankəndidə nəinki yeni hotellər açılıb, eyni zamanda bu qədim şəhərimiz beynəlxalq səviyyəli tədbirə ev sahibliyi edir.

 

Bu qürur dolu anları seyr edərkən İlham Əliyevin tarixə yazılmış sözlərini xatırlamamaq mümkün deyil:

 

“Bizim sözümüz imzamız qədər dəyərlidir”.

 

 

.

Seçilən
3
50
sfera.az

10Mənbələr