AZ

İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi – Fotolar – Yenilənib

Birinci Qarabağ müharibəsində itkin düşən üç şəhidimizin qalıqları Kəlbəcərə gətirilib.

Tribunainfo.az xəbər verir ki, bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, Yusif İsmayıl oğlu Əzizov, Mehman Camal oğlu Musayev və Qafar Qəmbər oğlu Qarayev bu gün saat 15:00-da Kəlbəcər şəhər qəbiristanlığında dəfn olunacaqlar.

***

AZƏRTAC-ın xəbərinə görə, Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Yusif İsmayıl oğlu Əzizov, Mehman Camal oğlu Musayev və Qafar Qəmbər oğlu Qarayevin nəşlərinin qalıqları dəfn olunmaq üçün Kəlbəcər rayonuna gətirilib.

Kəlbəcər şəhərinin Şəhidlər xiyabanında keçirilən vida mərasimində şəhidlərin yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, hər üç şəhid 1993-cü il martın 27-də Kəlbəcər rayonunun Çıraqlı kəndində itkin düşmüşdü.

***

Birinci Qarabağ müharibəsində itkin düşən Yusif Əzizov, Qafar Qarayev və Mehman Musayevin nəşi Kəlbəcər rayonunun Şəhidlər Xiyabanında dəfn olunub. 

Seçilən
0
30
tribunainfo.az

10Mənbələr