AZ

Rus qapısı Azərbaycan üçün bağlansa... 110 milyonluq pomidor

ain.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Statistikaya görə, 2025-ci ilin ilk 5 ayında Rusiyanın Azərbaycana satdığı məhsulların dəyəri 1.715 milyard dollar, Azərbaycanın Rusiyaya satdığı malların dəyəri isə 445 milyon dollar həcmində olub.  Rusiyanın ölkəmizdən idxal etdiyi məhsulların təxminən 110 milyon dollarlıq payı isə pomidordur. Son günlər baş verən siyasi gərginliyin Bakı və Moskva arasındakı iqtisadi əlaqələrə nə dərəcədə təsir edəcəyi ciddi sual doğurur. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hər iki ölkə iqtisadi mübadilədən ciddi qazanc əldə edir:

“Mənə elə gəlir ki, hələlik Azərbaycan və Rusiya iqtisadi əlaqələrində problem yoxdur. Düşünürəm ki, normallaşma da olacaq. Çünki hər iki ölkənin iş adamlarına da, biznesinə də sərfəlidir. Bizə sərfəlidir, Rusiyaya isə üçqat sərfəlidir. Bizim Rusiyaya satdığımızdan 3 dəfəyədək daha artıq məhsulu onlar bizə satır. Bu baxımdan, fikrimcə, normallaşdırıcı addımların atılması gözləniləndir”.  pizza mizza

Ekspert qeyd edib ki, Azərbaycan ixrac sahəsində son baş verənlərdən dərs çıxarmalıdır:

“Amma Azərbaycan da bundan bir dərs çıxarmalıdır ki, Rusiya bazarından asılılıqlarını azaltsın. Yəni kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracatından başqa, fərqli bazarlara çıxış imkanları və fürsətləri araşdırılıb, tapılmalıdır”.

Nazim Hacıyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
11
yenisabah.az

10Mənbələr