Hindistanın Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) 8000 km mənzilə və 7,5 Mach (9188 km/saat) hipersəs sürətinə malik K-6 sualtı qayıqdan buraxılan ballistik raketi fəal şəkildə inkişaf etdirir.
Herbiand.az India Defence Research Wing-ə istinadən xəbər verir ki, bunu Trivandram şəhərində Kerala Kosmik Texnologiyalar Parkının (KSPACE) təməl daşının qoyulması mərasimi zamanı BrahMos Aerospace şirkətinin keçmiş tərtibatçısı deyib.
O, həmçinin DRDO-nun 5000 km mənzilli K-5 ballistik raketinin hazırlanmasını başa çatdırdığını və 3500 km-ə qədər mənzilli K-4 raketinin artıq “Arihant” sinifli nüvə sualtı qayıqlarının arsenalına daxil edildiyini təsdiqləyib.
BrahMos Aerospace-in keçmiş əməkdaşının dediyinə görə, K-6 müstəqil olaraq hədəf alına bilən çoxsaylı döyüş başlıqlarına malik üç pilləli bərk yanacaqlı raketdir. O, hələ inkişaf mərhələsində olan Hindistan nüvə sualtı qayıqlarının yeni nəslini silahlandırmaq üçün hazırlanır.
Bəxtiyar CƏFƏRLİ