AZ

“Karvan” hara gedir?

Uzun fasilədən sonra premyer-liqada çıxış edəcək “Karvan”ın gələn mövsüm nə edəcəyi, necə edəcəyi sual altındadı. İnfrastrukturla bağlı problemlər öz yerində. Komandanın vacib altı futbolçu gedibsə, gələn yoxdu. GedənlərEzekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov və Müşfiq Teymurovdu.

Görünən odu ki, klub maliyyə problemi yaşayır. Bütün gücünü infrastruktura yönəldən “Karvan” möcüzə baş verməsə, təbii örtükdə oynayacaq. Amma yevlaxlılar finişə sonuncu yerdə çatsa, bunun heç bir əhəmiyyəti olmayacaq. Maliyyə probleminin mövcudluğunu göstərən əsas məqamlardan biri komandanın və 1-ci liqanın bombardiri Bəhruz Teymurovla anlaşa bilməməkdi. Bəhruzun dediyinə görə, 1-ci liqada 2000 manat maaş alırmışsa, elita üçün bundan 500 manat artıq təklif olunub. Futbolçu bu təklifi yaxın buraxmayıb.

Transferlər nə vaxt olacaq, kimlər gəlir? Əldə etdiyimiz məlumata görə, sabah və ya iyulun 3-də keçiriləcək klubdaxili iclasda bütün məsələlərə aydınlıq gələcək. Həmçinin klubun idman və icraçı direktorunun da adı bəlli olacaq.

MÜZƏFFFƏR QULUZADƏ

Seçilən
10
25
football-plus.az

10Mənbələr