Şimali Kipr İƏT-in "Vision 2035" hədəflərinə tamamilə bağlıdır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə deyib.
O bildirib ki, ölkəsi 1992-ci ildən bəri təşkilatın fəaliyyətinə qatılmaqdadır, müşahidəçi statusunu qazandıqları 2012-ci ildən etibarən də çalışmalara aktiv şəkildə töhfə verir.
E.Tatar çıxışında Kipr məsələsindən də söz açıb.
"62-ci ilini tamamlayan Kipr məsələsində türk tərəfi olaraq bütün müzakirələrdə xoş münasibət sərgiləməyimizə baxmayaraq, heç bir nəticə əldə edə bilməmişik. Dünyada və bölgəmizdə sülh, hüzur və sabitliyin ən çox ehtiyac duyulduğu dönəmdə Kipr adalarında yaşayan iki xalqın da xeyrinə olan əməkdaşlıq təkliflərini qarşı tərəfə göndərmişik.
Biz problemləri dialoq və diplomatiya yolu ilə həll etmək arzusundayıq. Bu günü gələcəyə bağlayacaq əməkdaşlıq təkliflərini bir daha sözdə deyil, praktikada da ortaya qoymuşuq. Təəssüf ki, Kipr Respublikası rəhbərliyi bu təkliflərimizi cavabsız qoyub", - deyə o fikrini tamamlayıb.