AZ

Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır Faiq Hacıyev

Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İyulun 1-dən Kürdəxanıdakı "Hünər" təlim-məşq bazasında toplanışına start verən "Turan Tovuz" hazırlıqlarını davam etdirir.

İyulun 6-da Türkiyəyə yollanacaq "boz qurdlar"ın müdafiəçisi Faiq Hacıyev toplanış barədə fikirlərini Fanat.Az-a bölüşüb:

"Ayın 1-den toplanışa start vermişik və iyulun 6-na qədər məşqlərimizi Bakıda davam etdirəcəyik. Komandada hər şey qaydasındadır, əhval-ruhiyyə yüksək səviyyədədir. Toplanışın əsas mərhələsi üçün Türkiyəyə yollanacağıq. Orada maksimum çalışacaq, çempionatın startına qədər forma yığmaq üçün bütün gücümüzü qoyacağıq. Təbii ki, çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır". 

Nihat

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
2
fanat.az

10Mənbələr