AZ

DİQQƏT: Sabahdan Hava yenidən dəyişir? - QURUM RƏSMİSİ AÇIQLADI

"İyulun 5 və 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı gözlənilir". Bu sözləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 25-28 dərəcə isti olacaq. Bölgələrdə də yaxın iki gün ərzində yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi bəzi rayonlarda arabir güclənəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 28-32, dağlıq ərazilərdə isə 12-17 dərəcə isti olacaq.

Müəllif: Günel Rəşadqızı

Seçilən
0
50
sia.az

10Mənbələr