AZ

Tehranı əvvəlcədən durdurmalıyıq - Katz

BAKI, TurkicWorld

İran bir daha bizi təhdid etməsin deyə plan hazırlayırıq.

TurkicWorld xəbər verir ki, İsrailin müdafiə naziri Yisrael Katz Livanın cənubundakı ordu hissələrinə səfəri zamanı verdiyi açıqlamada İranın İsraili yenidən təhdid etməsinin qarşısını almaq üçün xüsusi planların hazırlandığını bildirib.

Katz qeyd edib ki, İsrail ordusu həm kəşfiyyat, həm də əməliyyat səviyyəsində İranın qarşısını almaq məqsədilə hava qüvvələrinin üstünlüyünü qorumağa hazır olmalıdır. O, bu planların əsas məqsədinin İranın nüvə proqramı ilə bağlı təhlükəni aradan qaldırmaq olduğunu vurğulayıb.

Nazirin bu bəyanatı İsrail ilə İran arasında iyun ayında baş verən 12 günlük intensiv hava qarşıdurmasından sonra səsləndirilib. Həmin münaqişə zamanı İsrail İranın Fordo, İsfahan və Natanzdakı nüvə obyektlərinə hücum edərək, Tehranın nüvə silahı hazırlamasının qarşısını almağa çalışdığını açıqlamışdı.

“Asharq Al-Awsat”ın məlumatına görə, bu hücumlar nəticəsində İsrailin bir sıra yüksək rütbəli hərbçiləri və nüvə alimləri həlak olub. Eyni zamanda İran rəsmiləri ölkədə baş verən hücumlarda 900-dən çox insanın həyatını itirdiyini bildirib. İranın cavab zərbələri nəticəsində isə İsraildə 28 nəfər ölüb.

Qeyd edək ki, iyunun 24-də ABŞ-ın vasitəçiliyi ilə İsrail və İran arasında atəşkəs razılaşması əldə olunub.

Seçilən
7
9
turkic.world

10Mənbələr