London "Arsenal"ı yapon futbolçusu Takehiro Tomiyasu ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı yaponiyalı müdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Tomiyasu 2021-ci ildən "topçular"da çıxış edir. O, bu müddət ərzində 84 oyuna 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçu zədə səbəbindən ötən mövsümü buraxıb və cəmi bir maçtda iştirak edə bilib.