AZ

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

 

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 146 milyon manata yaxın olub.

Missiya.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 % və yaxud 378,1 milyon manat çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,3 % artaraq 2 milyard 47,3 milyon manatdan çox olub.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 11,7 % artaraq 111,5 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11,8 % artaraq 83,3 milyon manata çatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 11,7 % artaraq 544 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,4 % artaraq 376,3 milyon manat təşkil edib.

Seçilən
0
50
missiya.az

10Mənbələr