AZ

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədər ən azı 50% artırmağı tövsiyə edib.

Milli.Az xəbər verir ki, təşkilat hesab edir ki, bu addım xroniki xəstəliklərin azalmasına və büdcə gəlirlərinin artmasına kömək edəcək. Ekspertlər bildirir ki, belə bir qərar növbəti 50 ildə təxminən 50 milyon vaxtsız ölümün qarşısını ala bilər.

Layihə çərçivəsində 10 il ərzində 1 trilyon dollar toplanması nəzərdə tutulur. Qeyd olunur ki, artıq 140-a yaxın ölkə tütün məhsullarına vergiləri artıraraq bu istiqamətdə addım atıb.

Asya
Milli.Az

Seçilən
18
41
milli.az

10Mənbələr