AZ

Qazaxıstan öz neftinin nəqli üçün Bakı-Supsa boru kəmərini perspektivli hesab edir - Nazir (ÖZƏL)

Xankəndi. Trend:

Qazaxıstan öz neftinin nəql olunması üçün Bakı–Supsa borukəmərini perspektivli hesab edir.

Bunu Trend-əQazaxıstanın energetika naziri Erlan Akkenjenov İqtisadi ƏməkdaşlıqTəşkilatının (İƏT) Xankəndidə keçirilən 17-ci Zirvə görüşüçərçivəsində verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, Qazaxıstan və Azərbaycanın milli neftşirkətləri – “KazMunayGas” və SOCAR – arasında əməkdaşlıq üzrə yolxəritəsi artıq imzalanıb və tərəflər bu sənədin müddəalarına ciddişəkildə əməl edirlər.

“Cari ilin ilk altı ayı ərzində mövcud marşrutlar üzrə təxminən750 min ton neft nəql olunub. Halbuki ötən ilin tamamında bugöstərici 1,5 milyon tona yaxın idi”, – deyə o qeyd edib.

Nazir bildirib ki, 2025-ci ildə bu həcmlərin qorunubsaxlanılması gözlənilir və Qazaxıstan bu göstəriciləri daha daartırmağa hazırdır.

“Biz SOCAR-dakı həmkarlarımızla daimi əlaqədəyik və Bakı–Supsadaxil olmaqla, istənilən potensial nəqliyyat marşrutlarını nəzərdənkeçiririk”, – deyə Erlan Akkenjenov vurğulayıb.

O əlavə edib ki, ildə 5 milyon ton ötürmə qabiliyyətinə malikolan bu boru kəməri, iqtisadi baxımdan məqsədəuyğun olduğu halda,Qazaxıstan üçün Qara dəniz limanlarına neft ixracı baxımından mühümalternativ ola bilər.

Nazir Xankəndidə keçirilən İƏT Zirvə görüşünün yüksək səviyyədətəşkil olunduğunu qeyd edərək, dövlət və hökumət başçılarının,eləcə də, baş nazirin rəhbərlik etdiyi Qazaxıstan nümayəndəheyətinin iştirakını xüsusilə vurğulayıb. O bildirib ki, keçirilənmüzakirələr çox məzmunlu olub və “yaşıl gündəmi” də əhatə edənməsələləri əhatə edib.

Məqalədə:
Seçilən
0
29
az.trend.az

10Mənbələr