AZ

Azərbaycan və İran bir-birindən nə alıb-satır? - Statistika

2025-ci ilin 5 ayı ərzində Azərbaycanın İranla ticarət dövriyyəsi 257 milyon 964 min ABŞ dolları təşkil edib.

Hurriyyet.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.2% və ya 19.6 milyon ABŞ dolları artıb.

Azərbaycandan İrana 6 milyon 86 min, İrandan Azərbaycana isə 251 milyon 878 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Marqarita pizza

Beləliklə, illik müqayisədə Azərbaycanın İrana ixracı 3.7% azalıb, İranın Azərbaycana ixracı isə 8.5% artıb.

Hesabat dövründə Azərbaycanın ümumi ixracının 0,06%-i, idxalının isə 2.53%-i İranın payına düşüb.

İrandan ölkəyə əsasən kənd təsərrüfatı, yeyinti və ərzaq məhsulları, yuyucu vasitələri, tikinti materialları və digər məhsullar idxal edilib.

Seçilən
20
50
hurriyyet.az

10Mənbələr