Bakı. Trend:
İyulun 5-də beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinalmərhələsinə start verilib.
Trend xəbərverir ki, tədbirdə "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsininsədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor,multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva,Azərbaycan Respublikası Prezidentinin köməkçisi, AzərbaycanRespublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlərvə innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov,Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili SəbinəƏliyeva, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, kəndtəsərrüfatı naziri Məcnun Məmmədov, Dövlət İmtahan Mərkəzinin İdarəHeyətinin sədri Məleykə Abbaszadə, gənclər və idman nazirininmüavini,“Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri FərhadHacıyev iştirak ediblər.
Açılış mərasimində çıxış edən qonaqlar bu mərhələyə qədərirəliləyən iştirakçıları təbrik edərək onlara uğurlararzulayıblar.
Bildirilib ki, bu mərhələyə vəsiqə qazanmaq artıq özlüyündəböyük nailiyyət hesab olunur.
Bu il keçirilən müsabiqənin konsepti Prezident cənab İlham ƏliyevinSərəncamı ilə elan olunmuş “Konstitusiya və
Suverenlik İli”nə həsr olunub.
Eyni zamanda, builki konsept 44 günlük Zəfərimizin 5 illiyi və“Yüksəliş” müsabiqəsinin 5-ci mövsümü ilə birbaşa bağlıdır.
Yarımfinal mərhələsində iştirak etmək hüququ qazanan 329 namizədidarəetmə bacarıqları üzrə keçirilən imtahanı müvəffəqiyyətlətamamlayaraq bu mərhələyə yüksəlib. Bu mərhələdə iştirakçılar realiş mühitinə uyğun hazırlanmış situasiyalar və keys tapşırıqlarıüzərindən öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.
Üç gün davam edəcək yarımfinal mərhələsi çərçivəsində namizədlər 9səriştə üzrə (strateji düşüncə, effektiv liderlik, qərarvermə,nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik,innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük)ekspertlər tərəfindən qiymətləndiriləcək.
Qeyd edək ki, yarımfinal mərhələsinə hazırlıq çərçivəsindəqiymətləndirici ekspertlər üçün üçgünlük təlim proqramı təşkilolunub. Təlimlərə 100-ə yaxın ekspert cəlb edilib. Onlar realimtahan mühitinə yaxınlaşdırılmış simulyasiya olunmuş situasiyalarüzərindən iştirakçıların bacarıqlarını qiymətləndirməklə yanaşı,qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyətivə ekspertlərin funksiyaları barədə də ətraflıməlumatlandırılıblar.
Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan vəobyektivliyi ilə seçilən “Qiymətləndirmə konfransı”(AssessmentConference) metodu ilə həyata keçirilir. Bu metod hər biriştirakçının performansına çoxşaxəli yanaşmanı təmin edir və yekunqərarların kollegial əsasda verilməsinə imkan yaradır.
Yarımfinal mərhələsi 6 iyul tarixində başa çatacaq. Bu mərhələniuğurla tamamlayan iştirakçılar 18–20 iyul tarixlərində keçiriləcəkfinal mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Beləliklə,beşinci “Yüksəliş” müsabiqəsi iyulun 20-də yekunlaşacaq və ölkəninən istedadlı kadrları arasında növbəti qaliblər müəyyənolunacaq.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsisedilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdiinkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafatqazanırlar.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlıAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.