AZ

Almaniya NATO-nu gücləndirmək üçün minlərlə texnika almağı planlaşdırır

Almaniya 2500-ə qədər zirehli döyüş maşını və 1000-ə qədər döyüş tankı almağı düşünür. Bu qədər texnikaların alınması Avropa ölkələrinin Rusiyanın qarşısını almaq üçün yeni NATO briqadaları yaratmaq səyləri çərçivəsində baş tutacaq.

Herbiand.az bildirir ki, bu barədə Bloomberg agentliyi mənbələrə istinadən xəbər verir.

Qeyd olunub ki, müttəfiqlər Almaniyadan növbəti 10 il ərzində NATO-ya 7-yə qədər döyüş briqadası verməyi xahiş ediblər. Sifariş təsdiq olunarsa, döyüş maşınları və tanklar bu qüvvələrin təchiz edilməsi üçün istifadə olunacaq.

Mənbələr jurnalistlərə bildiriblər ki, sifarişə 1000-ə qədər Leopard 2 döyüş tankı və 2500-ə qədər GTK Boxer döyüş maşını daxildir. Tanklar KDNS və Rheinmetall, döyüş maşınları isə ARTEC şirkətləri tərəfindən istehsal olunacaq.

Sifarişin ümumi dəyəri 25 milyard avroya (təxminən 29,4 milyard dollar) çata bilər. Bununla belə, satınalma ilə bağlı danışıqlar hələ davam edir.

Bəxtiyar CƏFƏRLİ



Seçilən
26
3
herbiand.az

10Mənbələr