AZ

Atəşkəs sülhə gedən yolu təmin etməlidir

ain.az, Operativ MM saytına istinadən bildirir.

Fransa Prezidenti Emmanuel Makron Rusiya ilə Ukrayna münaqişəsinin nizamlanması məsələsində müzakirələrdə irəliləyiş olmadığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışığını şərh edən Emmanuel Makron qeyd edib ki, Ukrayna məsələsində Paris və Moskva arasında fikir ayrılıqları qalmaqdadır.

"Müzakirələrdə hər hansı bir irəliləyiş olduğunu deyə bilmərəm, çünki əvvəlcə atəşkəs razılaşmasına nail olmaq və danışıqları bərpa etmək lazımdır. Atəşkəs sülhə gedən yolu təmin etməlidir", - o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
17
operativmm.az

10Mənbələr