Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.
“Shamakhi Open 2025” beynəlxalq şahmat festivalı sona çatıb.
“Qafqazinfo”nun məlumatına görə, turnirin bağlanış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Şahmat Turunun koordinatoru Raul Quliyev, turnirin direktoru Sərxan Həşimov və digər rəsmilər iştirak ediblər.
Çıxış edənlər qalibləri təltif edərək iştirakçılara növbəti yarışlarda yeni nailiyyətlər və uğurlar arzulayıblar.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Vüqar Həşimov adına Şahmat Fondunun təşkilatçılığı ilə keçirilən festivalda A qrupunda 1-ci yeri - Beynəlxalq Usta Babazadə Xəzər, 2-ci yeri - Ukraynalı Qrosmeyster Bernadskiy Vitaliy, 3-cü yeri isə - Beynəlxalq Usta Əhməd Xəqan qazanıb. B qrupunda 1-ci yeri - Qazaxstan Şahmat Federasiyasını təmsil edən, əslən Azərbaycanlı Vəliyev Muhamməd Əli, 2-ci yeri - Kərimli Yusif, 3-cü yer - Cabbarlı Atilla əldə edib.
A qrupun qalibi 5.000, B qrupunun qalibi isə 1.000 manatın sahibi olub.
Sonda turnirin direktoru Sərxan Həşimov turnirin çox uğurlu keçdiyini və növbəti illərdə ənənəvi olacağını bildirərək hər kəsi Vüqar Həşimov adına Şahmat Fondunun təşkilatçılığı ilə keçiriləcək “Vugar Gashimov Open 2025” turnirinə dəvət edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.