AZ

Gəncədə yaşayış evi yandı: xəsarət alan var

Gəncədə fərdi yaşayış evi yanıb.

Bakues.az xəbər verir ki, hadisə Yeni Gəncə qəsəbəsində Zeynal Xəlil küçəsində fərdi yaşayış evlərindən birində qeydə alınıb.

İlkin məlumata görə, evdəki partlayış yanğına səbəb olub.

Hadisə nəticəsində Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Şərif Musayev xəsarət alıb.

Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Ona ilkin tibbi yardım göstərilib vəziyyəti kafidir. 45 kv/m- dən ibarət olan yarım tikili əşyaları ilə birgə yanıb.

Alovun digər evlərə keçməsinin qarşısı alınıb.

Hadisə yerində FHN-in Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğın üç yanğın söndürən avtomobili və iyirmidən artıq canlı qüvvə cəlb olunub.

Seçilən
1
50
icma.az

10Mənbələr