AZ

Əhalinin NƏZƏRİNƏ: Bu məhsul və avadanlıqlar bahalaşacaq 

Son günlər avronun məzənnəsində müşahidə olunan artım Azərbaycanın daxili bazarına da öz təsirini göstərməkdədir.

Maraqlıdır, manatın avro qarşısında dəyər itirməsi daha çox hansı sahələrdə qiymət artımına səbəb ola bilər?

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında bildirir ki, avronun dəyərinin artması Azərbaycanda idxal olunan bir sıra məhsulların qiymətində artıma səbəb olur:

Akif Nəsirli

Ekspertin fikrincə, manatın məzənnəsinin sabit saxlanılmasına baxmayaraq, avronun möhkəmlənməsi Avropa ölkələrindən gətirilən məhsulların maya dəyərini yüksəldir:

“Azərbaycan əsasən Avropa İttifaqına üzv 27 ölkədən, eləcə də bu ölkələrin təsir dairəsində olan regionlardan müxtəlif məhsullar idxal edir. Bu məhsullar avro ilə alındığı üçün avronun bahalaşması nəticəsində xərclər artır.”

Mütəxəssis bildirir ki, idxal prosesində məzənnə fərqindən yaranan əlavə xərc daxili bazarda qiymət artımına səbəb olur:

“Məsələn, əvvəl 100 avroya alınan məhsulun manatla ifadə olunan dəyəri avronun məzənnəsi qalxdıqca artır və bu da istehlakçı üçün qiymətlərin yüksəlməsi deməkdir. Beləliklə, xüsusilə qida məhsulları, dərman preparatları, avtomobil ehtiyat hissələri, məişət texnikası və geyim kimi Avropadan idxal olunan malların qiymətində yaxın dövrdə artım müşahidə oluna bilər”.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
6
20
konkret.az

10Mənbələr