İyunun 12-də Hindistanda baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinin hüquqlarını müdafiə edən britaniyalı hüquqşünas Piter Ninan "Air India" aviaşirkətini qeyri-etik və qeyri-peşəkar davranışda ittiham edib. Onun sözlərinə görə, ailələrə hüquqi məsləhət verilmədən mürəkkəb formalar imzalatdırılıb, bəziləri isə qeyri-insani şəraitdə anket doldurmağa məcbur edilib.
Avtosfer.az bu barədə "The Gardian"a istinadla xəbər verir.
Aviasiya üzrə vəkil bildirib ki, "Air India" bəzi ailələri aldadaraq kompensasiya almaq üçün sənədləri əlverişsiz məkanda dərhal doldurmalarını tələb edib. Onun sözlərinə görə bu məlumatlardan gələcəkdə ailələrin zərərinə istifadə edilə bilər.
Ninan vəziyyətin araşdırılmasını tələb edib.
"Air India" isə iddiaları rədd edir və kompensasiya prosesini sadələşdirmək üçün bütün lazımi dəstəyi göstərdiklərini, artıq 47 ailəyə müvəqqəti ödəniş etdiklərini bəyan edib.
Xatırladaq ki, iyunun 12-də "Air India" şirkətinə məxsus "Boeing 787-8 Dreamliner" təyyarəsi havaya qalxdıqdan sonra Hindistanın qərbində Əhmədabad şəhəri yaxınlığındakı yaşayış məntəqəsinə düşüb. Təyyarə Londona uçub. Qəza nəticəsində 275 nəfər - 241 sərnişin və ekipaj üzvü, eləcə də 34 yerli sakin həlak olub. Hadisə ilə bağlı istintaq davam edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta