AZ

Niko Uilyams “Atletik Bilbao” ilə müqaviləsini 10 il uzatdı


İspaniyalı vinger Niko Uilyams “Atletik Bilbao” ilə müqaviləsini 2035-ci ilə qədər uzadıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 10 illik müqavilədə transfer məbləğinin təxminən 58 milyon avrodan 90 milyon avroya yüksəldiyi bildirilir.
Futbolçunun klubla əvvəlki müqaviləsinin 2027-ci ilin yayında başa çatması nəzərdə tutulurdu.
Qeyd edək ki, daha əvvəl İspaniyanın “Barselona” klubu Niko Uilyamsın transferi ilə bağlı danışıqların son mərhələsinə çatdıqlarını və ispan futbolçunun transferi ilə bağlı yaxın vaxtlarda açıqlama verəcəklərini bildirmişdi.
Xatırladaq ki, ötən mövsüm Niko Uilyams bütün yarışlarda 45 oyun keçirib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.
Seçilən
6
24
yeniavaz.com

10Mənbələr