Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri bu gün başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Sadır Japarovu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yola salıblar.
***
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri iyulun 4-də başa çatıb.
Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yola salıblar.
