Kutaisiyə yaxın iki kəndin sakinləri torpaq yarılması səbəbindən evlərini tərk edib.
İnterpress.az xəbər verir ki, bu barədə Sputnik Gürcüstan məlumat yayıb.
Məlumata görə, Kutaisidən 55 km məsafədə Xaraqauli qəsəbəsi yaxınlığında iki kəndin sakinləri torpaq yarılması səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıblar.
Hadisə gündüz saatlarında baş verdiyi üçün xəsarət alan olmayıb. Bəzi yerlərdə yarıqlar 2-3 metrə çatır.
Hazırda ərazidə geoloqlar və mütəxəssislər işləyir. Sakinlər müvəqqəti olaraq başqa yerlərə köçürülüb.
Hadisə evlərə, yollara və ictimai infrastruktura ziyan vurub.
Xuraman Etibarlı
İnterpress.az