AZ

9 uşaq bağçası açılacaq

2024-cü ildə 14 məktəbəqədər təhsil müəssisəsi tikilərək istifadəyə verilib.

Modern.az xəbər verir ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyinin 2024-2025-ci tədris ilinə dair hesabatında yer alıb.

Məlumatda qeyd olunub ki, cari ildə 5 məktəbəqədər təhsil müəssisəsi isə əsaslı təmir olunub. 2025-ci ilin yanvar ayından etibarən 11 bağçanın fəaliyyətə başlaması nəzərdə tutulub. Onlardan 2-si açılıb, ümumi tutumu 900 yerlik olan 9 bağçasının isə açılması planlaşdırılır.

Seçilən
3
50
modern.az

10Mənbələr